Press "Enter" to skip to content

“Super qrip”dən qorunmağın 6 təsirli yolu

BAYRAQDAR MEDİA – Son dövrlərdə Covid-19 və müxtəlif virusların yaratdığı tənəffüs yolu infeksiyalarının sayı artsa da, xüsusilə son həftələrdə ən çox Influenza A virusunun törətdiyi qrip halları müşahidə olunur. İnfeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, dosent doktor Aslıhan Demirel H3N2 virusunun yaratdığı təhlükələri, yoluxma yollarını və laqeyd yanaşmağa gəlməyən, sadə, lakin təsirli 6 üsulu izah edib, mühüm xəbərdarlıqlar və tövsiyələr verib.

Bu barədə “Hüriyyet”ə istinadən gunhaber.com.tr saytı məlumat yayıb.

Məlumatda atılamlı olan addımlar aşağıdakı şəkildə təqdim olunur.

Əl gigiyenasına ciddi əməl edin

Qapı tutacaqları, masa səthləri, kompüter klaviaturaları, ictimai nəqliyyat vasitələrinin tutacaqları və ortaq istifadə olunan əşyalar H3N2 virusunun yayılması üçün əlverişli mühit yaradır.

Bu səthlərlə təmasda olan əllərin mütəmadi olaraq sabun və su ilə yuyulması, əlin yuyulmasının mümkün olmadığı hallarda isə spirt tərkibli əl dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi olduqca vacibdir.

Sağlam qidalanın

Qrip immun sistemi zəif olan insanlarda daha ağır keçir. Tək tərəfli və nizamsız qidalanma orqanizmin müdafiə mexanizmini ciddi şəkildə zəiflədir. Buna görə mövsümə uyğun tərəvəz və meyvələr, zülal mənbələri, kifayət qədər maye qəbulu və vitamin-mineral balansı immun sisteminin güclü qalmasında mühüm rol oynayır.

Xüsusilə C vitamini, sink və zülal qəbulu bu dövrdə daha böyük əhəmiyyət daşıyır. Əgər çatışmazlıq varsa, D vitamini və B vitamini əlavələri də vacibdir. Ancaq ən önəmlisi vitamin və mineralları təbii yollarla qəbul etməkdir.

Həkim məsləhəti olmadan və vitamin-mineral səviyyələrinə baxılmadan əlavə preparatlar qəbul etmək fayda əvəzinə zərər verə bilər, buna görə də şüurlu davranmaq lazımdır.

Yuxu rejiminə əməl edin

Yuxu bədənin özünü bərpa etdiyi və immun hüceyrələrinin aktivləşdiyi ən mühüm proseslərdən biridir. Yetersiz və keyfiyyətsiz yuxu immun cavabını zəiflədir və viruslara qarşı müqaviməti azaldır.

Yuxu ehtiyacı insandan insana dəyişsə də, hər gecə xüsusilə 22:00–02:00 saatları arasında yatmaq və keyfiyyətli yuxu almaq orqanizmin infeksiyalara qarşı daha güclü qalmasına kömək edir.

Xəstə insanlarla yaxın təmasdan çəkinin

H3N2 virusu öskürək, asqırma və danışıq zamanı havaya yayılan damcılar vasitəsilə asanlıqla yoluxur. Buna görə xəstə olduğu bilinən şəxslərlə ən azı 1 metr, mümkünsə daha çox məsafə saxlamaq çox vacibdir.

Maska taxmaq, xüsusilə xəstəxana liftləri və sıx ictimai nəqliyyat kimi yerlərdə, sürətlə yayılan viruslardan qorunmaqda mühüm rol oynayır. “Mən güclüyəm, mənə heç nə olmaz” düşüncəsi bu virus üçün aldadıcıdır – qısa müddətli təmas belə yoluxma üçün kifayət edir.

Stressdən uzaq durun və ruhi sağlamlığınızı qoruyun

Daim stress altında olmaq və stresi idarə etməyi bacarmamaq immun sistemini zəiflədən ən mühüm amillərdən biridir. Güclü stress və narahatlıq orqanizmi infeksiyalara qarşı daha həssas edir. Buna görə stresi idarə etməyi öyrənmək çox vacibdir.

Gün ərzində qısa fasilələr vermək, nəfəs məşqləri etmək və açıq havada gəzintilər belə stress səviyyəsini azaldaraq xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər.

Qapalı məkanları tez-tez havalandırın

Otaqlar, iclas zalları, siniflər, ofislər və sıx qapalı məkanlar virusların yayılması üçün əlverişli mühit yaradır. Qapalı məkanlarda havanın uzun müddət dəyişməməsi virusların miqdarını artırır.

Bu səbəbdən imkan daxilində qapalı və izdihamlı mühitlərdən uzaq durmaq, zərurət olduqda isə məkanları mütəmadi şəkildə havalandırmaq yoluxma riskini xeyli azaldır. Xüsusilə kütləvi toplantılardan əvvəl və sonra havalandırma mütləq həyata keçirilməlidir.

Mission News Theme by Compete Themes.