Press "Enter" to skip to content

“Təlimçilər üçün təlim” təşkil edilib

BAYRAQDAR MEDİA – 8,9 və 14 yanvar 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil olunub.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumata görə, təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq keçirilib.

Qeyd edilir ki, təlim zamanı iştirakçılar təlim funksiyasının strateji rolu, peşəkar təlimçinin şəxsi keyfiyyətləri, təlimçinin profili, təlim metodları və növləri, təlimə hazırlıq prosesi barədə məlumat əldə ediblər. Həmçinin, iştirakçılar təqdimat bacarıqları, auditoriya ilə işin əsas xüsusiyyətləri, qrupların yaradılması və qrup oyunları, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.