Press "Enter" to skip to content

Türkiyənin Ufuk Universitetinin nümayəndə heyəti ilə görüş

Türkiyənin Ufuk Universitetinin nümayəndə heyəti ilə görüş

BAYRAQDAR MEDİA – Səhiyyə Naziri Teymur Musayev Türkiyənin Ufuk Universiteti (Ankara) Yol Qəzalarına Yardım Fondunun Prezidenti, Prof. Recai Pabuççunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüşdə həmçinin, Ufuk Universitetinin rektoru, Prof. Ahmet Hakan Haliloğlu da iştirak edib. Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri çərçivəsində səhiyyə və beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində təcrübə mübadiləsi, tibbi reabilitasiya, yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub”.

Daha sonra xəbərdə, “tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, reabilitasiya və profilaktika sahəsində müasir yanaşmaların tətbiqi, tibb tələbələri və rezidentlər üçün təcübə mübadiləsi proqramlarının təşkili, reproduktiv tibb sahəsində birgə tədqiqatlarının reallaşdırılması, eləcə də bu istiqamətlərdə müştərək layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar” deyə bildirilir.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mission News Theme by Compete Themes.