BAYRAQDAR MEDİA – Yanvarın 16-da Sosial Tədqiqatlar Mərkəzində Qərbi Azərbaycanla bağlı maraqlı bir tədbir olacaq.
Bu barədə Mərkəzdən bildirilib.
Qeyd edilib ki, “Əzəli yurd” layihəsi çərçivəsində hazırlanmış “Tarixi yurda qayıdış: Qərbi Azərbaycan sənəd və mənbələrdə” adlı elektron kitabın rəsmi təqdimat mərasimi keçiriləcək.
Məlumat üçün bildirək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə MİMTA Fondu tərəfindən reallaşıb.
Tədbirdə elm adamlarının, media və QHT təmsilçilərinin iştirakı gözlənilir.




