Press "Enter" to skip to content

Antalya sahilində sürpriz

Otel işçilərinin balıqla bəslədiyi fok bir müddət sonra yenidən dənizə qayıdıb

BAYRAQDAR MEDİA – Antalyanın Serik rayonunda nəsli kəsilmək təhlükəsi altında olan Aralıq dənizi foku (su iti) bir otelin sahilinə çıxıb. Otel işçilərinin balıqla bəslədiyi fok bir müddət sonra yenidən dənizə qayıdıb.

Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, foku görən otel işçiləri təəccüblənib: “Heyvanın yaralı ola biləcəyini düşünən əməkdaşlar onun vəziyyətini yoxlayıb. Fokun sağlam olduğunu görən işçilər onu balıqla bəsləyib və vəziyyət barədə Belek Turizm İnvestorları Birliyinə (BETUYAB) məlumat veriblər. Sahildə bir müddət dolaşan fok daha sonra yenidən dənizə girərək gözdən itib”.

Mission News Theme by Compete Themes.