BAYRAQDAR MEDİA – Ardahan İl Milli Təhsil İdarəsinin koordinasiyası ilə uşaqların sağlam həyat tərzi vərdişləri qazanması məqsədilə təşkil olunan təlimlər fasiləsiz davam edir.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, Ardahan İl Milli Təhsil İdarəsi və İl Səhiyyə İdarəsinin birgə həyata keçirdiyi “Sağlam Uşaq, Sağlam Gələcək Təhsil Proqramı” çərçivəsində Göle Enver Avcı İbtidai Məktəbində maarifləndirici tədbir keçirilib: “Tədbirdə səhiyyə mütəxəssisləri şagirdlərə geniş təqdimatla çıxış edərək gigiyena qaydaları, balanslı qidalanmanın əsasları və hərəkətli həyat tərzinin orqanizmin inkişafına təsiri barədə məlumat veriblər. İnteraktiv şəkildə keçən təlimdə sağlam həyatın yalnız qidalanmadan deyil, ümumilikdə şəxsi vərdişlərdən formalaşdığı vurğulanıb”.
Məlumatda deyilir ki, məktəb rəhbərliyi və müəllimlərin də yaxından izlədiyi tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşıb. Ardahan İl Milli Təhsil İdarəsi bu cür maarifləndirici fəaliyyətlərin vilayət üzrə davam etdiriləcəyini bildirib.





