Press "Enter" to skip to content

Dəstək mexanizmlərindən 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb

KOBİA

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2025-ci ildə 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.

Bu barədə KOBİA-dan məlumat verilib.

Məlumata görə, 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (8-i yerli və 3-ü xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib: “Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 3 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Göygöl, Şuşa və Göyçayda təşkil edilmiş yarmarkalarda 220 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış 7 satış nöqtəsində 45 KOB subyektinin məhsullarının satışı həyata keçirilib”.

Məlumatda vurğulanır ki, KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət edə bilərlər.

Mission News Theme by Compete Themes.