Press "Enter" to skip to content

Ege Universiteti Özbəkistanla əməkdaşlıqları gücləndirir 

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Ege Universiteti ilə Özbəkistan Yüngül Sənayenin İnkişafı Agentliyi tekstil sahəsində əməkdaşlıq edəcək.

Məlumata görə, Ege Universiteti 2030 Ali Təhsil Yol Xəritəsi və beynəlmiləlləşmə vizyonu çərçivəsində Türk Dünyası ilə əməkdaşlıqlarını gücləndirməyə davam edir: “Bu çərçivədə Özbəkistan Yüngül Sənayenin İnkişafı Agentliyinin sədr müavini Ruxullo Zikrillayev və onu müşayiət edən nümayəndə heyəti Ege Universitetinin rektoru professor doktor Musa Alcı ilə görüşüb. Ali Təhsil Şurasının (YÖK) himayəsi altında, Özbəkistan Respublikası Nazirlər Kabinetinə tabe olan Yüngül Sənayenin İnkişafı Agentliyi ilə Ege Universiteti arasında Özbəkistanda tekstil mühəndisliyi və dizaynı sahələrində təhsil, akademik, elmi və ictimai faydaya yönəlmiş əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə planlaşdırılan görüşlərin birincisi Ege Universitetinin Senat zalında keçirilib”.

Mission News Theme by Compete Themes.