Press "Enter" to skip to content

EN-də növbəti vətəndaş qəbulu

EN-də növbəti vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Nazirlikdə təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib”.

Qeyd edək ki, sözügedən Nazirlik tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Mission News Theme by Compete Themes.