Press "Enter" to skip to content

Eskişehirdə Turistik Avtobus Xətti fəaliyyət göstərəcək

Eskisehir

BAYRAQDAR MEDİA – 2026-cı ilin “Eskişehir İli” elan olunması ilə şəhərdə turizmi və şəhərin tanıdılmasını gücləndirəcək layihələr ard-arda açıqlanmağa başlayıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb

Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyəsi həm eskişehirlilərin, həm də şəhəri ziyarət edən yerli və xarici turistlərin şəhərin gözəlliklərini daha yaxından tanıya bilməsi üçün şəhərdaxili Turistik Avtobus Xəttinin istifadəyə veriləcəyini bildirib: “Bələdiyyədən verilən açıqlamada yeni xəttin Eskişehirin mədəni, tarixi və təbii dəyərlərini əhatə edən vahid marşrut üzrə planlaşdırıldığı vurğulanıb. Layihə çərçivəsində şəhərin əsas məkanları bir xətt üzərində birləşdiriləcək və ziyarətçilərə daha rahat və genişmiqyaslı gəzinti imkanı yaradılacaq”.

Məlumatda deyilir ki, 2026 Eskişehir İli çərçivəsində tətbiq olunacaq Turistik Avtobus Xəttinin şəhərin turizm potensialına töhfə verməsi, şəhərdaxili nəqliyyatı dəstəkləməsi və Eskişehirin tanıdımını gücləndirməsi hədəflənir.

Mission News Theme by Compete Themes.