Press "Enter" to skip to content

Nazirlikdən ötən ildə 157 icazə

Nazirlikdən ötən ildə 157 icazə

BAYRAQDAR MEDİA – 2025-ci ildə Energetika Nazirliyi (EN) tərəfindən 157 icazə verilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə 36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə isə 2 icazə verilib”.

Bildirək ki, bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Mission News Theme by Compete Themes.