Press "Enter" to skip to content

Rəqəmsal incəsənət sərgisi keçirilib

Sərgiyə baxış

BAYRAQDAR MEDİA – Fransanın Mejev şəhərində “6-cı Digital Art EXPO Megève” rəqəmsal incəsənət sərgisi keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,İsveçrədə fəaliyyətgöstərən “GlobalOracleAssociationforLeaders” (GOAL) təşkilatının təsisçisi və rəhbəri Leyla Bağırzadənin və “Digital Art Expo”nun əməkdaşlığı ilə ölkəmiz bu sərgidə təmsil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya komitədən məlumat veerilib.

Məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və səfirliyin əməkdaşlarıda iştirak ediblər: “Mejev İdman və Konsert Sarayının auditoriyasında keçirilənsərgidə rəqəmsal incəsənət əsərləri nümayiş olunub, yaradıcı icmalar arasında peşəkar mübadilə və dialoq aparılıb. TəmsilçilərimizRamil Məmmədlinin, Emin Mathersin və NargizRamizqızının əsərləri rəğbətlə qarşılanıb. Ramil Məmmədlinin “SignalFragment” adlı əsəri insan şüurunun elm və texnologiya ilə qarşılıqlı əlaqəsini əks etdirən orijinal yanaşması ilə diqqət çəkib.Emin Mathersin sərgidə nümayiş etdirilən işləri müasir vizual üslubu və texnoloji estetikası ilə böyük marağa səbəb olub. Nargiz Ramizqızının əsərləri isə zərif vizual dili və rəqəmsal texnikaların ahəngdar istifadəsi ilə seçilib”.

Məlumatda deyilir ki, layihənin icrasında peşəkar koordinasiya və mentor dəstəyi də təmin edilib: “AgnessaTariverdiyevalayihənin koordinatoru (art-menecer), Səbinə Şıxlinskaya isə “AteshHub”-ın mentoru qismində çıxış edib. Sərgidə, həmçinin Thierry André Krief, Marta Zaremba, RichardVigniel (RVig), OlivierTops və LoïcMorell (Lokigraf) kimi beynəlxalq sənətçilərin əsərləri də təqdim olunub. 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib”.

Mission News Theme by Compete Themes.