BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar əmlak, vergi,sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib: “Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib”.





