BAYRAQDAR MEDİA – Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” dekabr ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 88,83 Mb/s, mobil internetin median sürəti isə 87,92 Mb/s olub. Noyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 2,68 MB/s və ya 3,11 faiz, mobil internetin sürəti isə 4,55 Mb/s və ya 5,46 faiz yüksəlib”.
Bildirək ki, bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.





