Press "Enter" to skip to content

Süni intellektlə bağlı panel 

Tədbir iştirakçıları

Son yeniləmə: 21 Yanvar 2026

BAYRAQDAR MEDİA – Bursa Uludağ Universitetinin (BUÜ) Prof. Dr. Fuat Sezgin Mərkəzi Kitabxanasında “Süni intellekt və avtonom sistemlərlə aqrar transformasiya” mövzusunda panel təşkil olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, paneldə BUÜ rektoru Prof. Dr. Ferudun Yılmaz, Aqrar Texnologiyalar Klasterinin (TÜME) İdarə Heyətinin sədri Abdulkadir Karagöz, Seven Heyvandarlıq şirkətinin rəhbəri Cem Seven və LIVZYM Biotexnologiya AR-GE direktoru Kübra Cansu Yıldırım çıxış ediblər: “Rektor Ferudun Yılmaz aqrar texnologiyaların bu gün strateji əhəmiyyət daşıdığını bildirərək universitet olaraq bu sahədəki layihələrə ev sahibliyi etməkdən məmnun olduqlarını vurğulayıb. Texnologiyanın artıq təkcə sənaye ilə məhdudlaşmadığını, həyatın bütün sahələrinə təsir etdiyini deyən Yılmaz, xüsusilə beynəlxalq siyasətin çətin dövrlərində aqrar texnologiyalara sahib olmamağın ölkələr üçün ciddi risk olduğunu qeyd edib. Avropadakı fermer etirazlarını misal gətirərək, aqrar istehsalın qlobal miqyasda nə qədər həssas mövqedə olduğunu vurğulayıb”.

Məlumata əsasən, sual-cavab bölümündə Karagöz Baykar İdarə Heyətinin sədri Selcuq Bayraktara zəng edib. Telefon vasitəsilə tələbə və akademik heyətə müraciət edən Bayraktar hamını TEKNOFEST-ə dəvət edib.

Mission News Theme by Compete Themes.