BAYRAQDAR MEDİA – Hava şəraitinə baxmayaraq Ağsu dolaylarında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır”.
Nazirlik sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, ara məsafəsini qorumağı, qış mövsümünə uyğun şinlərdən istifadə etməyi xahiş edib.





