Press "Enter" to skip to content

Dünyanın ən yaxşı yemək şəhərləri

Yeməklər

Siyahıda 3 Türkiyə şəhəri də var

BAYRAQDAR MEDİA – Dünyaca məşhur qastronomiya platforması TasteAtlas tərəfindən yayımlanan “Dünyanın ən yaxşı 100 yemək şəhəri” siyahısında Türkiyədən üç şəhər yer alıb. İstanbul, Qaziantep və İzmir zəngin mətbəx mədəniyyətləri ilə dünya reytinqində ön sıralarda qərarlaşıb.

Bu barədə 45haber.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, qlobal miqyasda tərtib edilən siyahıda Türkiyədən İstanbul, Qaziantep və İzmir diqqət çəkən şəhərlər arasında yer alıb: “Siyahının ilk sıralarında İtaliyadan Neapol, Bolonya və Florensiya kimi şəhərlər yer alsa da, Türkiyədən üç şəhərin üst pillələrdə qərarlaşması Türk mətbəxinin dünya miqyasında təsir gücünü ortaya qoyub. Gaziantep kababları, paxlavası və köklü mətbəx ənənələri ilə siyahının yuxarı sıralarında özünə yer tapıb. UNESCO tərəfindən də qastronomiya şəhəri kimi qəbul edilən Qaziantep yerli ləzzətləri ilə beynəlxalq səviyyədə böyük rəğbət qazanıb”.

“İstanbul çoxmədəniyyətli quruluşu sayəsində müxtəlif coğrafiyaların dadlarını bir araya gətirən mətbəxi ilə reytinqdə güclü təmsil olunub. Osmanlı mətbəxindən küçə ləzzətlərinə qədər uzanan geniş çeşidi şəhəri qastronomiya baxımından ön plana çıxarıb. İzmir isə Egey mətbəxinin yüngül, təzə və zeytun yağlı ağırlıqlı təamları ilə siyahıda yer alıb. Boyoz, məzələr və dəniz məhsulları şəhərin mətbəx kimliyini beynəlxalq arenada təmsil edib” deyə məlumatda qeyd edilib.

TasteAtlas-ın açıqladığı “Dünyanın ən yaxşı 100 yemək şəhəri” siyahısında ilk 10-luq belə sıralanıb:Neapol – İtaliya, Bolonya – İtaliya, Florensiya – İtaliya, Lion – Fransa, İstanbul – Türkiyə, Gaziantep – Türkiyə, Kyoto – Yaponiya, Nyu-Orlean – ABŞ və İzmir – Türkiyə.

Mission News Theme by Compete Themes.