Press "Enter" to skip to content

EN və tabeli qurumlara 11 mindən çox müraciət

BAYRAQDAR MEDİA – 2025-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 11 min 850 vətəndaş müraciəti daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “müraciətlərin 1 min 798-i məlumat (müraciətin geri götürülməsi və təşəkkür), 10 min 052-si isə icra xarakterli olub. Bunlardan 9 min 594-ü müvafiq qaydada icra edilib, 458 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji, kadr məsələləri, icazələr və digər mövzularla bağlı olub”.

Bildirək ki, hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 575 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.