Press "Enter" to skip to content

Kahramanmaraşda Azərbaycan Bulvarı başdan-başa yenilənir 

BAYRAQDAR MEDİA – Kahramanmaraşda yerləşən Azərbaycan Bulvarı başdan-başa yenilənir. Böyükşəhər Bələdiyyəsi yol örtüyü, səkilər və orta refüjlərlə bağlı işləri eyni vaxtda həyata keçirir.

Bu barədə haber46.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi şəhərdaxili nəqliyyatı daha təhlükəsiz və rahat etmək məqsədilə Azərbaycan Bulvarında genişmiqyaslı yenidənqurma işlərinə başlayıb: “Yol Tikintisi, Baxımı və Təmir Dairəsi Başkanlığının koordinasiyası ilə aparılan işlər infrastruktur əməliyyatları tamamlanan hissələrdə mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə Azərbaycan Bulvarında Milli İradə Meydanı ilə Medalyalı Qovşaq arasındakı marşrutda mövcud asfalt tamamilə sökülərək isti asfalt örtüyünün salınmasına başlanılıb”.

Qeyd edilib ki, prospekt boyunca səkilər yenilənir, orta refüjlərlə bağlı isə tənzimləmə və estetik yaxşılaşdırma işləri paralel şəkildə həyata keçirilir.

Mission News Theme by Compete Themes.