Press "Enter" to skip to content

Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib

BAYRAQDAR MEDİA – Yanvarın 18-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumata görə, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında və Naxçıvanda 4 saylı məktəbdə təşkil olunub: “İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 493 nəfər qeydiyyatdan keçib. İmtahanda ümumilikdə 441 nəfər iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqda və ya imtahanı yekunlaşdırdıqda nəticələrlə (esse qiymətləri istisna olmaqla) tanış olmaq imkanına malik olublar. Yanvarın 19-da – gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə iştirakçıların nəticələri DİM-in saytına da yerləşdiriləcək”.

Qeyd edilib ki, yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 2 həftə ərzində təqdim olunacaq.

Mission News Theme by Compete Themes.