BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 23-də saat 09:00-da Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qəbul zamanı bu rayonlardan olan vətəndaşların KTN-in səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Bildirək ki, qəbulda iştirak etmək istəyən Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarının sakinləri Oğuz DAİM-ə (050-558-76-47) müraciət edə bilərlər”.
Qeyd edək ki, qəbula yazılmaq üçün, həmçinin Nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.





