BAYRAQDAR MEDİA – Samsun şəhərinin Atakum sahilində bir pelikanın görünməsi sakinlərin diqqətini çəkib. Qərənfillərin arasında sahildə gəzən pelikan, soyuq qış mövsümündə bölgədə olması ilə maraq doğurub.
Bu barədə karadenizekspres.com saytı məlumat yayıb.
Məlumata görə, səhər saatlarında Atakum sahilində ortaya çıxan pelikan sahildə olan vətəndaşlar tərəfindən mobil telefonlarla görüntülənib: “Pelikanın qağayılarla birlikdə sahil boyunca gəzdiyi və bəzən də dənizə tərəf yönəldiyi müşahidə edilib.Pelikanların əsasən köçəri quş növlərinə aid olduğu və mövsümi şəraitə və qidalanma imkanlarına görə müxtəlif bölgələrdə görünə bildiyi bilinir. Soyuq havalara baxmayaraq pelikanın Samsun sahilində olması, bölgədə nadir hallarda rast gəlinən bir vəziyyət kimi qiymətləndirilib”.
Atakum sahilində görünən pelikan bir müddət sahildə qaldıqdan sonra gözlərdən itib.





