Son yeniləmə: 21 Yanvar 2026
BAYRAQDAR MEDİA – Yalova Universitetinin rektoru Prof. Dr. Mehmet Bahçekapılı və onu müşayiət edən nümayəndə heyəti Bosniya və Herseqovinanın Kladanj Bələdiyyəsini ziyarət edərək bələdiyyə sədri Edis Šarić ilə görüş keçirib.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, Kladanj Bələdiyyə binasında təşkil olunan görüşdə Bosniya və Herseqovina Parlament Assambleyasının nümayəndəsi Prof. Dr. Midhat Čaušević, Sosial Xidmət Mərkəzinin direktoru Razija Hodžić və “JP Karaula” şirkətinin direktoru Aida Hotović də iştirak edib: “Görüşdə Yalova Universitetinin prorektoru Prof. Dr. Senay Yürür, İnsan və Cəmiyyət Elmləri Fakültəsinin dekanı Prof. Dr. Hasan Kaplan və həmin fakültənin müəllimi dosent doktor Sibel Akova da iştirak ediblər. Danışıqlarda Kladanj Bələdiyyəsinin turizm və iqtisadi potensialı təqdim olunub, yerli əhali ilə Yalova Universiteti arasında təhsil, turizm və iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər bələdiyyənin inkişafına töhfə verəcək və qurumlararası əlaqələri gücləndirəcək ortaq layihələrə hazır olduqlarını bildiriblər”.





