Press "Enter" to skip to content

Aktau şəhərində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib – VİDEO

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib.

Bu barədə turkelmedia.az xəbər yayıb.

Xəbərdə deyilir ki, tədbirdə Baş konsulluğun əməkdaşları, Türkiyənin, İranın Aktaudakı baş konsulları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub. Qatılanlar sonra 20 Yanvar müsibətinin dəhşətlərini özündə əks etdirən fotosərgiyə baxıblar.

Baş konsul Ayxan Süleymanlı çıxışında 20 Yanvar faciəsinin səbəbləri və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə əlaqədar geniş məlumat verərək, bildirib ki, 1987-ci ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəldilib.

Ayxan Süleymanlı Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsindən sonra dərhal Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək qətliamı törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini, bunun insan azadlığına, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib, qanlı hadisələrdə SSRİ rəhbərliyini pisləyən cəsarətli, kəskin bəyanatı dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldib.

Diasporumuzun nümayəndəsi, professor Yusif Quliyev öz çıxışında faciənin Azərbaycan xalqının yaddaşında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi əbədi qalacağını qeyd edib.

Tədbirin sonunda faciə qurbanlarının ruhuna ehsan verilib.

Mission News Theme by Compete Themes.