BAYRAQDAR MEDİA – 2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına əhaliyə müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əvvəlki ilə nisbətən 173 mln. manat çox olmaqla 2 milyard 376 milyon manat ödənilib.
Bu barədə Nazirliyin məlumatında qeyd edilib.
Məlumata görə, o cümlədən: müavinətlər üzrə 529 min nəfər 1,2 milyard manat, Prezident təqaüdləri üzrə 407 min nəfər 756 milyon manat, ünvanlı dövlət sosial yardımı üzrə 76 min ailə (336 min nəfər ailə üzvü) 420 milyon manat vəsaitlə təmin edilib. Bu sosial ödənişlərlə ümumilikdə 1 milyon 272 min nəfər əhatə olunub.





