Press "Enter" to skip to content

“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi

“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi (AİM), Oğuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycanda kənd təsərrüfatı sahəsi dinamik inkişaf edir. AİM-in direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, 2025-ci ildə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində 14 rayonda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Bu il də analoji tədbirlərin davam etdiriləcəyini bildirən A.Cəfərov ilk panel müzakirənin Oğuz rayonundan başladığını qeyd edib”.

Sonra xəbərdə, “panel müzakirələr iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Qeyd edək ki, 2025-ci il ərzində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar və Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib” deyə bildirilir.

Növbəti müzakirənin yanvarın 22-də Qax rayonunda Heydər Əliyev Mərkəzində keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.