BAYRAQDAR MEDİA – Rize Recep Tayyip Erdoğan Universitetinin rektoru, Prof. Dr. Yusuf Yılmaz Müdafiə Sənayesi Başqanlığında 2025-ci ildə başlanılan Ar-Ge layihələri üzrə keçirilən imza mərasimində iştirak edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor Müdafiə Sənayesi Başqanlığında keçirilən imza mərasimindən sonra çıxış edib: “Rektor bildirib ki, sözügedən layihə çərçivəsində müdafiə sənayesinin ehtiyaclarına uyğun şəbəkə sistem davranışlarının rəqəmsal əkiz vasitəsilə yüksək dəqiqliklə modelləşdirilməsi, məlumat axınında yarana biləcək anomaliyaların aşkar edilməsi, süni intellekt əsaslı sistemlərə qarşı həyata keçirilən rəqabətli hücumların müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi istiqamətində çoxqatlı işlər aparılacaq. Rektor Ar-Ge fəaliyyətini məhsul inkişafı kimi qəbul edərək universiteti bu sahədə bir mərkəzə çevirməyi hədəflədiklərini vurğulayıb”.





