BAYRAQDAR MEDİA – Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb.
Bildirib ki, Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək: “Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır”.





