BAYRAQDAR MEDİA – Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb”.





