Press "Enter" to skip to content

Qasım-Jomart Toqayevdən maraqlı təklif

Qasım-Jomart Toqayev

Qazaxıstanda prezidentin növbədənkənar seçkilərinin keçirilməsi qaydası dəyişməlidir

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev prezidentin növbədənkənar seçkilərinin keçirilməsi qaydasının dəyişdirilməsini təklif edib. Bu barədə o, Qızılordada keçirilən Milli Qurultayın V iclasındakı çıxışında bəyan edib.

Məlumatı TRT-nin müxbiri Nurgali Jusipbay verib.

N.Yusipbay deyib ki, çıxışda dövlət başçısı vurğulayıb ki, peşəkar hüquqşünaslar Əsas Qanunun mətni ilə bağlı öz fikirlərini bildiriblər. Onlar Konstitusiyanın ayrı-ayrı müddəalarının dəqiqləşdirilməsinin zəruriliyinə diqqət çəkiblər: “Xüsusilə dövlət başçısının seçkiləri ilə bağlı mühüm bir təklif irəli sürülüb. Mövcud Konstitusiyaya əsasən, əgər prezidentin öz vəzifələrini icra edə bilmədiyi fövqəladə vəziyyət yaranarsa, onun səlahiyyətləri qalan müddət üçün Senatın sədrinə keçir. Əgər Senatın sədri də dövləti idarə etmək imkanına malik olmazsa, prezident səlahiyyətləri müəyyən olunmuş qaydada müvafiq vəzifəli şəxslərə ötürülür. Dövlət başçısı deyib ki, burada əsas məqam “qalan müddət” ifadəsidir ki, buna xüsusi diqqət yetirilməlidir. Başqa sözlə, “qalan müddət”’ həm altı ay, həm də altı il ola bilər. Buna görə də Əsas Qanunda dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, növbədənkənar prezident seçkilərinin iki ay ərzində keçirilməli olduğu norması dəqiq şəkildə təsbit edilməlidir”, – deyə Toqayev Milli Qurultayın iclasında bildirdi. Onun sözlərinə görə, bu addım qabaqcıl beynəlxalq təcrübəyə uyğundur”.

N.Yusipbayın sözlərinə görə, “Ölkənin hər bir rəhbəri hakimiyyətə yalnız seçkilər yolu ilə, yəni qanuni əsaslarla gəlməlidir. Bu, mənim prinsipial mövqeyimdir. Bu norma sonrakı dövlət başçıları üçün də dəyişməz qayda olmalıdır”, – deyə prezident vurğulayıb.

Mission News Theme by Compete Themes.