BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ), Çanakkale Əmək və İş Qurumunun (İŞKUR) yerli idarəsi və Çanakkale Sənayeçi və İş Adamları Dərnəyi (ÇASİAD) arasında şəhərin məşğulluq və sənaye vizyonunu inkişaf etdirəcək genişmiqyaslı əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, mərasimə ÇOMÜ Rektoru Prof. Dr. R.Cüneyt Erenoğlu, İŞKUR İl Müdürü Mehmet Uğur Yavuz və ÇASİAD İdarə Heyətinin sədri Kaya Üzen qatılıb: “Protokol çərçivəsində akademik biliklərin sənayeyə ötürülməsi, məşğulluğun artırılması və ortaq Ar-Ge layihələrinin inkişaf etdirilməsi hədəflənir. İmzalanan protokola görə; universitetdə çalışan akademiklərin sənaye layihələrinə məsləhətçilik etməsi, sənayedə ehtiyac duyulan test və analiz proseslərinin universitet imkanları ilə təmin edilməsi və tələbələrə geniş təcrübə imkanları yaradılması planlaşdırılır”.
Mərasimdə bildirilib ki, bu əməkdaşlıq Çanakkale üçün yerli inkişaf modelinə nümunə olacaq. ÇASİAD-ın sənaye tərəfdən koordinasiyası, universitetin elmi dəstəyi və İŞKUR-un məşğulluq gücü sayəsində Çanakkale-nin regional rəqabət qabiliyyətinin artırılması hədəflənir.





