Press "Enter" to skip to content

2026-cı ilin ilk görüşü Almaniyada keçirilir

Kuzey Kıbrıs Tanıtım Platformunun bu il üzrə tədbirlərinin ilk qonağı isə KKTC-nin 5-ci Cümhurbaşqanı Ersin Tatar olacaq

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Tanıtım Platformu 2026-cı il üzrə fəaliyyət planı çərçivəsində 20–24 yanvar tarixlərində Almaniyanın müxtəlif şəhərlərində konfranslar təşkil edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, ilk dayanacaq Stuttgart olmaqla, Manhaym, Karlsrue və Haydelberq şəhərlərində iş dünyasının nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə davam edəcək tədbirlərə maraq böyükdür: “Kuzey Kıbrıs Tanıtım Platformunun fəxri nümayəndələrinin və tərəfdaş qurum olan “Kilim” qəzetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfrans və panel müzakirələrində KKTC-nin iş dünyası, turizm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi fəaliyyətlər müzakirə olunacaq. Almaniyada keçiriləcək bu tədbirlərin builki ilk qonağı KKTC-nin 5-ci Prezidenti Ersin Tatar olacaq”.

Məlumatda o da bildirilir ki, dünya miqyasında fəaliyyət göstərən bir qurum olan Kuzey Kıbrıs Tanıtım Platformu Okyay Sadıkoğlunun sədrliyi ilə geniş fəaliyyət istiqamətləri üzrə çalışmalar aparır və könüllü əsaslarla ölkəmizə xidmət edir.

Bildirildiyinə görə, 2026-cı il ərzində Hollandiya, İngiltərə, Azərbaycan, Dubay və Avstriyada davam etdiriləcək fəaliyyətlərin ölkənin tanıdılmasına və iqtisadiyyatına son dərəcə mühüm töhfələr verəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.