Press "Enter" to skip to content

Akdeniz Universiteti yenə fərqlənib

Akdeniz Universiteti

BAYRAQDAR MEDİA – Akdeniz Universiteti Webometrics Dünya Universitetləri Reytinqində son bir il ərzində 185 pillə irəliləyərək 922-ci yerə yüksəlib. Beləliklə, universitet dünya üzrə ilk 1000 ali təhsil müəssisəsi sırasına daxil olub. Türkiyə üzrə isə dövlət universitetləri arasında 16-cı yerdə qərarlaşıb.

Universitetin məlumatına əsasən, dünyanın müxtəlif ölkələrindən universitetləri rəqəmsal mövcudluq, akademik təsir, açıqlıq səviyyəsi və qlobal görünürlük meyarları əsasında dəyərləndirən Webometrics Dünya Universitetləri Reytinqinin 2026-cı il nəticələri açıqlanıb: “Akdeniz Universiteti bu nüfuzlu siyahıda sabit yüksəlişini davam etdirərək mühüm uğura imza atıb. 200-dən çox ölkədən 32 min ali təhsil müəssisəsinin qiymətləndirildiyi Webometrics 2026 məlumatlarına əsasən Akdeniz Universiteti dünya miqyasında 922-ci yerə yüksələrək ilk 1000 universitet arasında yer alıb. Universitet Türkiyə üzrə 19-cu, dövlət universitetləri arasında isə 16-cı sıradadır”.

Məlumata əsasən, son beş ildə diqqətçəkən və ardıcıl yüksəliş nümayiş etdirən Akdeniz Universiteti 2022-ci ildən bu yana ümumilikdə 580 pillə irəliləyib: “Bu göstərici universitetin rəqəmsal görünürlüğünü artırmağa yönəlmiş strateji addımlarının, akademik məhsuldarlığının və elmi nəticələrinin beynəlxalq miqyasda daha geniş tanınmasının bariz göstəricisi kimi dəyərləndirilir”.

Mission News Theme by Compete Themes.