Press "Enter" to skip to content

Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Yanvarın 21-də Azərbaycan Turizm Bürosu Tailandın paytaxtı Banqok şəhərində keçirilən “Thai International Travel Fair Business Matching (TITF B2B)” turizm sərgisi çərçivəsində keçirilən B2B görüşlərdə iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə tədbir çərçivəsində Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın görüş keçirilib: “Görüşlərdə tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbiəti, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə məlumat verilib”.

Mission News Theme by Compete Themes.