Press "Enter" to skip to content

Güney Azərbaycan siyasi qurumlarından çağırış

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası

BAYRAQDAR MEDİA – Yanvarın 24-də Göteborgda diktaturaya, milli ayrı-seçkiliyə və dövlət zorakılığına qarşı etiraz səsini ucaltmaq məqsədi daşıyan etiraz və dəstək yürüşü keçiriləcək.

Xəbəri Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası (GATƏŞ) yayıb.

Xəbərdə deyilir ki, “yanvar ayında İranda baş verən hadisələr, ölkə daxilində yaşayan xalqlara qarşı həyata keçirilən genişmiqyaslı zorakılıq, qətliamlar və sistemli insan haqları pozuntuları dərin narahatlıq doğurur və qətiyyətlə qınanır. Günahsız insanların qətlə yetirilməsi, şəhərlərin hərbi mühasirə altına alınması və xalqın səsinin zor gücü ilə boğulmağa çalışılması insanlığa qarşı cinayətdir. Bu məqsədlə keçiriləcək yürüş millətin haqlarına dəstək vermək xarakteri daşımaqdadır. Aksiyada eyni zamanda geriçi Pəhləviçi cərəyanın provokativ tutumları da qınanacaqdır”.

GATƏŞ ““Azadlıq – Ədalət – Milli Hökumət” şüarı ilə təşkil olunan bu mitinqi dəstəklədiyini bəyan edir, Azərbaycanın və ümumilikdə İranın fərqli bölgələrində yaşayan Türk millətinin iradəsinin susdurula bilməyəcəyini bir daha vurğulayırıq. Xalqın azad gələcəyi uğrunda aparılan bu haqlı mübarizə davam edəcəkdir”, – deyə bildirib.

Mission News Theme by Compete Themes.