Press "Enter" to skip to content

İsveçrə mənşəli uşaq qidasında çirkləndirici aşkarlanıb

İsveçrə mənşəli uşaq qidasında çirkləndirici aşkarlanıb

BAYRAQDAR MEDİA – İsveçrədən Azərbaycana idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) bildiriş daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb”.

Mission News Theme by Compete Themes.