BAYRAQDAR MEDİA – Bilceik Şeyh Edebali Universitetində Karyera Mərkəzi Koordinatorluğunun təşəbbüsü və Mühəndislik Fakültəsinin əməkdaşlığı ilə “Karyeram elektrik” adlı tədbir keçirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, OEDAŞ İl Əməliyyat Qrup Müdiri H. Kadir Aykutun qonaq məruzəçi qismində iştirak etdiyi tədbirdə elektrik sektorunda karyera pillələri ətraflı şəkildə müzakirə olunub: “Mühəndislik Fakültəsinin tələbələrinin sahə ilə bağlı ünvanladıqları sualları səmimiyyətlə cavablandıran Qrup Müdiri Aykut, öz peşəkar təcrübəsindən nümunələr paylaşaraq tələbələrin karyera planlamalarına istiqamət verib. Təqdim olunan məlumatlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb”.
Mühəndislik Fakültəsinin dekanı, eyni zamanda universitetin rektor müavini, Prof.Dr. Mehmet Kurban və akademik heyətin də iştirak etdiyi tədbir, tələbələr tərəfindən H. Kadir Aykut’a təşəkkür sənədinin təqdim olunması ilə başa çatıb.





