Press "Enter" to skip to content

Rəşad Məcid: Azərbaycanın uğurlarına qarşı qəsdən saxta xəbərlər yayılır

Rəşad Məcid çıxış edərkən

BAYRAQDAR MEDİA – “İnsanların sosial mediada tüğyan edən yalanlar və şərə qarşı duruş gətirməsi üçün media savadlılığı əsas şərtdir”.

Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.
O bildirib ki, Azərbaycanın uğurlarına qarşı qəsdən saxta xəbərlər yayılır: “Bunların arasında bilməyərəkdən, nadanlıqdan, savadsızlıqdan yayılan xəbərlər olur. Bunun qarşısının alınması media savadlılığı ilə bağlıdır”.

R.Məcid deyib ki, hər birimiz vətəndaş olaraq fəallıq nümayiş etdirib, dezinformasoyalara qarşı mövqeyimizi ortaya qoymalıyıq.

Mission News Theme by Compete Themes.