Press "Enter" to skip to content

Rəis müavini Şirvan şəhərində vətəndaşları qəbul edəcək

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev yanvarın 27-də 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 162) Şirvan şəhəri, Neftçala, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə DVX-nin məlumatında qeyd edilib.

Məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 21-23 yanvar 2026-cı il tarixlərində 5 saylı Ərazi Vergilər İdarəsinə, eləcə də Neftçala, Saatlı, Sabirabad, Salyan, Hacıqabul rayonlarında Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə müraciət etməklə, habelə İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin elektron poçt ünvanına (office@taxes.gov.az) yazmaqla qeydiyyatdan keçə bilərlər: “Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur”.

Mission News Theme by Compete Themes.