BAYRAQDAR MEDİA – “Dünya İqtisadi forumunun 2026-cı il üzrə risklər hesabatında vurğulanır ki, süni intellektlə yaradılan videolar, səslər cəmiyyətlərin parçalanmasına, dövlət institutlarına etimadın azaldılmasına xidmət edir”.
Bunu Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.
Qeyd edilib ki, bu mənada Azərbaycan üçün də risklər aktualdır: “Ölkəmizin geosiyasi mövqeyi, post münaqişə dövründə formalaşdırdığı yeni reallıqlar ətrafında sistemli dezinformasiya kampaniyaları aparılır”.





