Press "Enter" to skip to content

Ukrayna üçün istilik – sən də qoşul

Ukrayna üçün istilik

BAYRAQDAR MEDİA – Bakıdakı Ukrayna Mərkəzi – Azərbaycandakı Ukrayna səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Könüllü Koordinasiya Qərargahı Ukrayna Xarici İşlər naziri Andriy Sıbihanın təşəbbüsü ilə başladılan “Ukrayna üçün istilik (WarmForUkraine)” adlı qlobal aksiyaya qoşulur. Aksiyanın məqsədi Ukrayna üçün generatorların və istilik qurğularının alınması məqsədilə vəsait toplamaqdır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

Qeyd edilir ki, “biz Azərbaycan Respublikasının ali rəhbərliyinə və xalqına Ukraynaya göstərilən dəstəyə və ötürülən enerji avadanlıqlarına görə səmimi minnətdarlığımızı bildiririk. Azərbaycanın və digər tərəfdaşların yardımı sayəsində (xüsusilə Polşada bir neçə gün ərzində laqeyd qalmayan insanlar və təşkilatlar tərəfindən Kiyev üçün generatorların alınması məqsədilə 4 milyon zlotıdan çox vəsait toplanmışdır ki, bu da təxminən 2 milyon manata bərabərdir) Ukrayna Rusiya tərəfindən həyata keçirilən terror xarakterli hücumlardan sonra enerji sistemini bərpa edir və azadlığını, müstəqilliyini qorumaqda davam edir. Lakin düşmənin hər bir hücumundan sonra ehtiyaclar daha da artır. Bu çağırışa laqeyd qalmayan bütün insanları, müəssisə və təşkilatları dəstək verməyə dəvət edirik”.

Daha sonra bildirilir ki, “bu yardım məhz indi son dərəcə vacibdir. Toplanan vəsait Ukraynada bu gün ən çox ehtiyacı olan insanlar üçün birbaşa generatorların, istilik vasitələrinin və digər enerji mənbələrinin alınmasına yönəldiləcək. Hər bir ianə ukraynalı ailələrin və uşaqların bu çətin dövrü keçməsinə kömək edən bir parça istilik və işıq deməkdir”.

“Bu, sadəcə ianələr haqqında deyil. Bu, birlik və dəstək hissi, Ukraynanın tək olmadığını dərk etmək haqqındadır. Bu, rusların qış terrorunun xalqımızı sındıra bilməyəcəyinə olan inamdır; qəddarlığa cavab isə Ukraynaya dəstəkdə qardaş xalqların və bütün dünyanın daha böyük gücü və birliyi olacaq — həm qlobal səviyyədə, həm də insan qəlbləri səviyyəsində”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, “Azərbaycan Respublikasına və Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün xeyriyyəçilərə səmimi təşəkkürümüzü bildiririk. Yardımı Bakıdakı Ukrayna Mərkəzinə aşağıdakı ünvana təqdim etməyinizi xahiş edirik:
Bakı şəhəri, Xaqani küçəsi 123.
E-poçt: ukrainian.center.az@gmail.com
Telefon: +994 51 963 43 41; +994 10 236 17 19”.

Mission News Theme by Compete Themes.