2025-ci ildə reklam və informasiya kampaniyaları maarifləndirmə işinin əsasını təşkil edib
BAYRAQDAR MEDİA – “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”na uyğun olaraq 2025-ci ildə reklam və informasiya kampaniyaları maarifləndirmə işinin əsasını təşkil edib”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Məlumata görə, DOST TV ilə əməkdaşlıq çərçivəsində “Sığorta vaxtı” verilişinin 32 buraxılışı yayımlanıb: “Agentliyin Facebook və Instagram səhifəsində ümumilikdə 24 canlı yayım təşkil olunub. ARB TV-də icbari tibbi sığortaya həsr olunmuş həftəlik “Güvənli sabah” verilişinin 11 buraxılışı, Real TV ilə əməkdaşlıq nəticəsində isə “İnsan” verilişinin 4 buraxılışı yayımlanıb. Eyni zamanda, ASAN Radio ilə əməkdaşlıq çərçivəsində həftə içi gündə 5 dəfə “1 sual, 1 cavab” rubrikasında dinləyicilərə icbari tibbi sığorta sistemi barədə məlumat verilib”.
Məlumata əsasən, bununla yanaşı, respublika üzrə 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Dövlət İdman Akademiyası, Sumqayıt Olimpiya İdman Kompleksi, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 79 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində 817 monitor vasitəsilə 2 formatda və 8 müxtəlif məzmunda məlumatlandırıcı videoçarxlar nümayiş etdirilib: “Eşitmə məhdudiyyəti olan şəxslər üçün işarə dilində 10 video hazırlanıb, görmə qabiliyyəti məhdud şəxslər üçün Brayl əlifbası ilə 2000 sayda2 təlimat kitabçasıçap edilib”.
İl ərzində İcbari tibbi sığorta sistemi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər barədə bukletlər və TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinə dair flayerlər çap olunub: “Ümumilikdə 26 növ maarifləndirici çap materialı ilə bağlı nəşr olunan 28 min poster, 31 min buklet, 56 min flayer TƏBİB tabeli və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında paylanılıb. Habelə, brayl əlifbası ilə çap olunmuş 1700 sayda kitabçaSosial Xidmətlər Agentliyi, TƏBİB və Bakı şəhər 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə paylanılıb”.
Qeyd edilib ki, 2025-ci il ərzində 18 metrostansiyasında 40 reklam və məlumatlandırma lövhəsi nümayiş etdirilib: “Agentlik əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində əməkdaşlıq edən bütün tərəfdaşlara təşəkkürünü bildirir və gələcəkdə yeni təşəbbüslərin birgə həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə inanır. İcbari tibbi sığorta ilə bağlı məlumat və yenilikləri Agentliyin rəsmi internet saytındanvə sosial media hesablarından izləmək mümkündür”.





