BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-dekabr ayları ərzində 258 min 157 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, onlardan 39 min 208-i pensiya, 218 min 949-u müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.





