Press "Enter" to skip to content

ATÜ Türkiyə Bursları Proqramında 

BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATÜ) yaradılmasının 15-ci ilində beynəlmiləlləşmə hədəfləri doğrultusunda növbəti mühüm uğura imza atıb. Universitet, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Başqanlığı (YTB) tərəfindən həyata keçirilən Türkiyə Bursları Proqramı çərçivəsində bu il ilk dəfə olaraq seçim siyahısına daxil edilib.

Universitetin məlumatında vurğulanır ki, Türkiyə Bursları Proqramı dünyanın müxtəlif bölgələrindən olan uğurlu tələbələri Türkiyə universitetlərinə təqaüdlə cəlb etməyi hədəfləyən, ölkənin ali təhsil sahəsində beynəlxalq görünürlüğünü və mədəni qarşılıqlı əlaqəsini gücləndirən strateji proqramdır: “Bu inkişafla birlikdə, gələn ildən etibarən universitetimizə müxtəlif ölkələrdən təqaüdlü xarici tələbələrin gəlməsi gözlənilir. ATÜ beynəlxalq tələbə mobilliyi vasitəsilə çoxmədəniyyətli akademik mühit formalaşdırmağı, elmi və mədəni qarşılıqlı təsiri artırmağı və qlobal miqyasda daha tanınan universitet olmağı qarşısına məqsəd qoyur”.

Mission News Theme by Compete Themes.