Press "Enter" to skip to content

Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşlarla görüş keçirib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta məktəbdə sakinlərlə görüş keçirib. Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan əsasən kommunal problemlər, yol infrastrukturunun vəziyyəti, ailə-məişət məsələləri, sahibsiz itlərin yaratdığı təhlükə və eləcə də bir sıra digər sosial məsələlər müzakirə olunub.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, deputat Azər Allahverənov sakinlərin müraciətlərini diqqətlə dinləyib, qaldırılan hər bir məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyini və görüləcək işlərin nəzarətdə saxlanılacağını bildirib.

O vurğulayıb ki, Nardaran qəsəbəsində yaşayış şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəldilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər ardıcıl və davamlı xarakter daşıyır.

Deputat əlavə edib ki, bu istiqamətdə görülən işlərin miqyası gələcəkdə daha da genişlənəcək və sakinlərin rahat, təhlükəsiz yaşayışının təmin olunması üçün bütün zəruri addımlar aidiyyəti üzrə atılacaqdır.

Mission News Theme by Compete Themes.