BAYRAQDAR MEDİA – Azərbaycan Hökuməti tərəfindən Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 5 nəfər (ana və 4 övladı) vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək”.
Bildirək ki, son illərdə SXA Azərbaycana repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.





