Press "Enter" to skip to content

Dövlət Komitəsindən mina təhlükəsinə dair yeni videoçarx – VİDEO

Dövlət Komitəsindən mina təhlükəsinə dair yeni videoçarx

BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə diqqəti artırmaq məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə maarifləndirici videoçarx hazırlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitənin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “videoçarxda azad edilmiş ərazilərdə yaşayan uşaqların çərpələng uçurarkən xarabalıq bir ərazidə mina təhlükəsi ilə qarşılaşması təsvir edilir. Müvafiq nişan onları təhlükə olan yerə keçməkdən çəkindirir. Layihənin əsas məqsədi sakinlərin, xüsusilə də uşaqların mina və partlamamış sursatlarla bağlı risklərdən xəbərdar olmasını təmin etmək, onlara təhlükəli ərazilərdən uzaq durmağın vacibliyini çatdırmaqdır”.

Mission News Theme by Compete Themes.