BAYRAQDAR MEDİA – Erciyes Universitetinin rektoru, Prof. Dr. Fatih Altun tərəfindən “Məlumatlandırma toplantısı” keçirilib. Toplantıda çıxış edən rektorumuz professor doktor Altun 800 çarpayılı yeni Universitet Tibb Fakültəsi Tədris və Araşdırma Xəstəxanasının layihəsinin tamamlandığını bildirib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, toplantıda rektorumla yanaşı rektor müavinləri Prof. Dr. Oktay Özkan, Prof. Dr. M.Hakan Poyrazoğlu, Prof. Dr. Cevdet Kırpık, KAYSO sədri Mehmet Büyüksimitci, KAYSO Məclis sədri Abidin Özkaya, baş katib Prof.Dr. İbrahim Narin, baş katib müavinləri Prof. Dr. Afşın Alper Cerit və doktor Oktay Musa Kayırga, eləcə də KAYSO İdarə Heyətinin üzvləri iştirak ediblər: “Rektor Fatih Altun çıxışında universitetdə tamamlanan və davam edən layihələr barədə ətraflı məlumat verib. Layihə tenderi yekunlaşan 800 çarpayılı Tədris və Araşdırma Xəstəxanasının 190 min 269 kvadratmetr sahədə, 390 ədəd seysmik izolyatorlu, 12 mərtəbəli bina kimi inşa ediləcəyini bildirib. Rektor layihənin dörd fəsil yaşıl qalan, suvarma tələb etməyən dam örtüyünə və günəş panelləri vasitəsilə öz elektrik enerjisini istehsal edəcək sistemə malik olacağını, həmçinin 816 avtomobillik qapalı və 340 avtomobillik açıq dayanacaqla təmin ediləcəyini qeyd edib”.
Tamamlanan layihələrə də toxunan rektor, Diş Həkimliyi Fakültəsi Diş Xəstəxanasının başa çatdığını və yaxın günlərdə açılışının keçiriləcəyini, 399 diş bölməsi ilə Türkiyənin ən böyük diş xəstəxanası olacağını vurğulayıb.
Universitet kampusunda bərpa olunan enerji layihələrinə xüsusi əhəmiyyət verdiklərini bildirən rektor Altun, açıq dayanacaqlar üzərində quraşdırılan günəş panelləri ilə 2 MVt gücündə enerji istehsalı layihəsinin tamamlandığını və bunun universitet üçün böyük qazanc olduğunu deyib.





