BAYRAQDAR MEDİA – Ondokuz Mayıs Universitetinin (OMÜ) mükafatlandırma mərasimi keçirilib. Mərasimdə eşitmə məhdudiyyətli şəxslərə qarşı istəmədən edilən zorakılıq mövzusunda ictimai maarifləndirmə məqsədi daşıyan “Səssiz ayrımçılıq reels müsabiqəsi”ndə qalib gələn tələbələrə mükafatlar təqdim olunub.
Univeristetin məlumatına əsasən, müsabiqədə birinci yerə OMÜ Kommunikasiya Fakültəsinin Radio, Televiziya və Kino Bölməsinin tələbəsi Rabia Baylar, ikinci yerə Cansu Çelik, üçüncü yerə isə Oğuzhan Turgut layiq görülüb. Qalib tələbələr təbrik edilib.
Məlumatda qeyd edilib ki, OMÜ İctimai Töhfə Koordinatorluğu ilə Samsun Böyükşəhər Bələdiyyəsinin Səhiyyə və Sosial Xidmətlər İdarəsinin Əlillər Xidmətləri Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimində tələbələrin hazırladıqları reels videoları vasitəsilə istəmədən zorakılıq və səssiz ayrımçılıq mövzularında ictimai fərqindəliyin artırılması hədəflənib: “Samsun Böyükşəhər Bələdiyyəsi tərəfindən yaradılan Eşitmə Məhdudiyyətlilər Koordinasiya Mərkəzi çərçivəsində Mavi İşıqlar Kompleksində təşkil olunan tədbirdə Samsunun 25 rayonundan 30 eşitmə məhdudiyyətli şəxs və 15 işarə dili tərcüməçisi iştirak edib”.
Tədbir qalib tələbələrin videolarına baxış keçirilməsi və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.





