Azərbaycan-Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib
BAYRAQDAR MEDİA – Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və SKAL International Baku Klubunun rəsmi dəstəyi, Trabzon İmperial Xəstəxanasının və Aydın Partners şirkətinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans-görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından məlumat verilib.
Məlumata görə, görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlər ətrafında geniş müzakirələr aparılıb: “Konfrans çərçivəsində aşağıdakı mövzular diqqət mərkəzində olub: “Ən çox tələb olunan tibbi sahələr, o cümlədən, Kardiologiya və ürək-damar cərrahiyyəsi, Ortopediya və travmatologiya, Plastik və estetik cərrahiyyə və Onkologiya”, “Check-up proqramları”, “Azərbaycanlı pasiyentlər üçün xüsusi müalicə paketləri və təkliflər”, “Pasiyentlərin qəbul prosesi: müraciət, diaqnostika, müalicə və reabilitasiya”, “Qiymət siyasəti və sığorta imkanları”, “Viza, transfer, yerləşmə və logistika dəstəyi”, “İki ölkə arasında agentlik və klinik əməkdaşlıq modelləri”, “Marketinq və birgə tanıtım strategiyaları”, və “Pasiyentməmnuniyyəti, keyfiyyət standartları və beynəlxalq sertifikatlar”.
Məlumata əsasən, görüş zamanı 2026-cı ildə beynəlxalq platformalarda birgə iştirak, eləcədə qarşılıqlı konfransların, seminarların və infoturların keçirilməsi barədə razılıq əldə olunub, həmçinin birbaşa Bakı–Trabzon avia xəttinin mövcudluğu və uçuş sayının artırılmasının iki ölkə arasında sağlamlıq və turizm əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verəcəyi xüsusi olaraq vurğulanıb.
Konfransın sonunda keçirilən sual-cavabsessiyasında hər iki tərəfini nümayəndələri aktiv iştirak edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.





